
Bakı. Trend:
Zaqatala rayonunun Suvagil kəndi ərazisində yol-nəqliyyat
hadisəsi qeydə alınıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki,
“Chevrolet” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə
nəqliyyat vasitəsində olan 32 yaşlı Şəhriyar Cəfərzadə ölüb, Seymur
Mehralıyev isə xəsarət alıb.
Məlumata əsasən, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə
bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

