
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində çoxmərtəbəli
yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal
əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə
xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onbirmərtəbəli
yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın
genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən
qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində şaxta boyu elektrik naqilləri 30p.m.
yanıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 10-u azyaşlı olmaqla 25
nəfər bina sakini təxliyə olunub.
Bir nəfər tüstüdən zəhərlənib.
Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.

