
Bakı. Trend:
Venesuela parlamentinin keçmiş üzvü Maria Korint Maçado Nobel
mükafatını ABŞ prezidenti Donald Trampa təhvil verə bilməyəcək.
Trend-in
məlumatına görə, bu barədə Nobel Komitəsi öz saytında bildirib.
“Nobel mükafatı verildikdən sonra onu ləğv etmək, bölmək və ya
başqasına vermək olmaz. Qərar qətidir və əbədi olaraq qüvvədə
qalır”, – deyə bildirilib.
Bundan əvvəl D.Tramp dəfələrlə özünü Nobel Sülh Mükafatına layiq
hesab etdiyini bildirmişdi. Lakin 10 oktyabr 2025-ci ildə Nobel
Komitəsi bu ilki mükafatın Maçadoya verildiyini elan edib.

