
Bakı. Trend:
İtaliya millisinin sabiq forvardı Mario Balotelli Səudiyyə
Ərəbistanında oynayacaq.
Trend xəbər verir ki, o,
karyerasını “Əl-İttifaq”da keçirəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı forvardı tibbi müayinədən keçdikdən sonra klubla rəsmi
müqavilə imzalayacaq.
Son olaraq “Cenoa”nın formasını geyinmiş Balotelli “Mançester
Siti”, “İnter”, “Milan” klublarında oynayıb.

