
Bakı. Trend:
İran hazırda eyni anda dörd istiqamətdə mübarizə aparır.
Trend xəbər verir ki, bunu
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.
O bildirib ki, bu qarşıdurmalardan biri İsrail və ABŞ ilə
əlaqədardır. Spikerin sözlərinə görə, paralel olaraq iqtisadi,
kognitiv-psixoloji, eləcə də hərbi-terror xarakterli müharibələr
davam edir.
Qalibaf ABŞ-nin etiraz proseslərinə müdaxiləsinə də münasibət
bildirib və qeyd edib ki, ABŞ İrana hücum edərsə, amerikalıların
nəzarətində olan ərazilər və hərbi kontingentlər İran üçün legitim
hədəflərə çevriləcək.

