
Bakı. Trend:
Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam
etdirilir.
Trend xəbər verir ki, 979 ton
Aİ-92 markalı avtomobil yanacağı yüklənmiş 18 vaqondan ibarət qatar
yanvarın 11-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə
göndərilib. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana
çatdırılacaq.
Qeyd edək ki, 9 yanvar 2026-cı il tarixində 1742 ton Aİ-95
markalı benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton
(ümumilikdə 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana
göndərilib.
Bundan əvvəl, 18 dekabrda isə Ermənistana 1220 ton Aİ-95 markalı
avtomobil yanacağı göndərilmişdi.

