Toyda partlayış: bəy və gəlin öldü

Baş səhifə

Pakistanın paytaxtı İslamabadda toy şənliyi zamanı qaz balonunun partlaması nəticəsində səkkiz nəfər ölüb, 12 nəfər yaralanıb.

Modern.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Şənlik keçirilən şəxsi evdə baş verən partlayışda bəy və gəlin də ölüb. Yaralılar ağır yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Partlayış dalğası qonşu dörd binaya ziyan vurub.

Bu hadisə ilə bağlı araşdırma başlanılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir