
Bakı. Trend:
Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatına yekun
vurulub.
Bu barədə Trend-ə Azərbaycan Güləş Federasiyasından məlumat
verilib.
Bildirilib ki, Bakı İdman Sarayında keçirilən yarışın son
günündə sərbəst güləş üzrə 61, 70, 79, 92 və 125 kiloqramda
medalçılar müəyyənləşib.
Çempionatına 61 kiloqram çəki dərəcəsində Nürəddin Novruzov
(Neftçi), Ceyhun Allahverdiyev (MOİK), Əliabbas Rzazadə (Neftçi),
Fərhad Hacıyev (Neftçi)
70 kiloqramda Kənan Heybətov (Sərhədçi), Ramik Heybətov (AHİTA),
Omar Gülməmmədov (Neftçi), Mircavad Nəbiyev (AHİTA, Abşeron), 79
kiloqramda Cəbrayıl Hacıyev (AGF), Fərid Cabbarov (Neftçi), Sahib
Dadaşov (Neftçi), Ramiz Həsənov (Gəncə, Təhsil 1), 92 kiloqramda
Ali Tsokayev (AGF), Abubakr Abakarov (AGF), Şəmistan Axundov
(Neftçi), Təbriz Bayramov (Sumqayıt, Təhsil), 125 kiloqramda isə
Yusif Dursunov (Neftçi) və Giorgi Meşvildişvili (Neftçi) Azərbaycan
çempionu olublar.

