
Bakı. Trend:
Almaniya Kansleri Fridrix Merts Hindistana rəsmi səfərə yola
düşüb.
Trend xəbər verir ki,
yanvarın 13-dək davam edəcək səfər çərçivəsində Əhmədabad şəhərində
Kanslerin Hindistanın Baş naziri Narendra Modi ilə görüşü nəzərdə
tutulub.
Sonra Fridrix Merts Banqalora səfər edəcək və orada, həmçinin
alman şirkətlərinin nümayəndələri ilə görüşəcək.

