
Bakı. Trend:
Kuba uzun müddət Venesueladan gələn neft tədarükü hesabına
əvəzində “təhlükəsizlik xidmətləri” göstərməklə yaşayıb, lakin indi
vəziyyət dəyişib.
Trend xəbər verir ki, bu
fikirləri ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında
yazıb.
“Kubaya nə neft, nə də pul gedəcək – sıfır! Onlara çox ciddi
şəkildə məsləhət görürəm ki, çox gec olmadan sövdələşməyə hazır
olsunlar”, – deyə Tramp vurğulayıb.

