Vətəndaşların nigaranlığını aradan qaldırmaq hökumətin vəzifəsidir – İran prezidenti

Baş səhifə

Bakı. Trend:

İran vətəndaşlarının nigaranlığını aradan qaldırmaq və
problemləri həll etmək hökumətin borcudur.

Trend-in
məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün İran
vətəndaşlarına müraciətində deyib.

Onun sözlərinə görə, İran hökuməti vətəndaşların ölkənin bütün
ehtiyatlarını ədalət çərçivəsində hansı partiyaya, hansı qrupa,
hansı vilayətə və dilə aid olmasından asılı olmayaraq bütün
vətəndaşlar arasında bölmək istədiyinə inanmalarını istəyir.




Pezeşkian bildirib ki, İran hökumətinin vətəndaşların
problemlərini həll etməkdən əlavə daha böyük bir vəzifə vardır.
Belə ki, iğtişaşçıların stabilliyə zərbə vurulmasının qarşısını
alınmasıdır.

Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası
rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək
inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları
başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də,
say haqda məlumat verilməyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir