
Bakı. Trend:
London Kiyevə “Nightfall” ballistik raketlərinin verilməsini
nəzərdən keçirir.
Trend xəbər verir
ki, bu barədə “The Daily Mail” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, raketlər təxminən 500 kilometr məsafədə
yerləşən hədəfləri məhv etməyə qadirdir. Mərmilər 200 kiloqramlıq
döyüş başlıqları ilə təchiz olunub.
Bildirilir ki, raketlər 9 milyon funt sterlinq dəyərində
müqavilə çərçivəsində təhvil veriləcək. Böyük Britaniyanın Müdafiə
Nazirliyi istehsalçılardan ilk üç prototipi hazırlamağı, yığmağı və
çatdırmağı xahiş edib.

