“Barselona” və “Real Madrid”in start heyətləri açıqlanıb – İspaniya Superkuboku

Baş səhifə

Bakı. Trend:

İspaniyanın “Barselona” və “Real Madrid”in start heyətləri
açıqlanıb.

Trend xəbər verir
ki, matç Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “King Abdullah
Sports City” stadionunda baş tutacaq və oyun Xose Munuera Montero
tərəfindən idarə olunacaq.

Heyətlər:

“Barselona”: Joan Qarsiya, Kunde, Kubarsi, Erik Qarsiya, Balde,
Pedri, de Yonq, Fermin, Yamal, Rafinya, Levandovski.

“Real”: Kurtua, Heysen, Asensio, Valverde, Karreras, Çuameni,
Kamavinqa, Bellinqem, Rodriqo, Vinisius, Qonsalo Qarsiya.

Yarımfinal mərhələsində katalonlar Bilbao təmsilçisi “Atletik”i
5:0 hesabı ilə darmadağın ediblər, Madrid klubu isə “Atletiko”nu
2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, “Barselona” turnirin son qalibidir. Keçən mövsümün
finalında katalonlar “Real”ı 5:2 hesabı ilə məğlub edərək kuboku
qazanmışdı.




xxx

11:57

Bu gün futbol üzrə İspaniya Superkubokunda final oyunu
keçiriləcək.

Trend xəbər verir ki,
həlledici qarşılaşmada “Barselona” və “Real Madrid” komandaları
üz-üzə gələcəklər.

Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “Kral Abdulla Sports
Siti” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da
başlayacaq.

Kataloniya təmsilçisinin heyətində Ronald Arauxo, Andreas
Kristensen və Qavi zədə səbəbindən matçı buraxacaqlar. Madrid
klubunda isə Eder Militaonun oynamayacağı dəqiqdir. Trent
Aleksander-Arnold və Antonio Rüdigerin isə meydana
çıxıb-çıxmayacağı sual altındadır.

Qeyd edək ki, yarımfinalda “Barselona” “Atletik”i, “Real Madrid”
isə “Atletiko”nu mübarizədən kənarlaşdırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir