Almaniya Arktikada NATO missiyası təklif edir

Baş səhifə

Bakı. Trend:

Almaniya Qrenlandiya məsələsi ilə bağlı ABŞ ilə gərginliyi
aradan qaldırmaq məqsədilə Arktika bölgəsində “Arktika gözətçisi”
adlı NATO missiyası yaratmağı təklif etməyi planlaşdırır.

Trend xəbər verir
ki, bu barədə “Bloomberg” məlumat yayıb.




Məlumata görə, missiya Arktika bölgəsində NATO-nun təhlükəsizlik
maraqlarını təmsil edəcək.

Qeyd olunur ki, NATO-nun hazırkı “Baltik gözətçisi” missiyası,
Qrenlandiyanın da daxil olacağı gözlənilən yeni “Arktika gözətçisi”
missiyası üçün model ola bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir