Nyu-Yorkda minlərlə insan Tramp administrasiyasının siyasətinə qarşı etiraz aksiyası keçirib

Baş səhifə

Nyu-Yorkda ABŞ Prezidenti Donald Tramp administrasiyasının siyasətinə qarşı keçirilən etiraz aksiyasına minlərlə insan toplaşıb.

APA xəbər verir ki, nümayişçilər Manhettendəki Mərkəzi Parkın yaxınlığında toplaşıb və daha sonra “Trump Tower” binasının yerləşdiyi Beşinci prospektdə yürüş ediblər.

Etirazçılar İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) addımlarına, ABŞ administrasiyasının qanunsuz immiqrasiya ilə mübarizə siyasətinə və Vaşinqtonun xarici siyasətinə etiraz ediblər.

Aksiya heç bir hadisə baş vermədən davam edib, polis etiraz aksiyasına müdaxilə etməyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir