“DeepSeek” çatbotunun təkmilləşdirilmiş V4 modeli buraxıla bilər

Baş səhifə

Bakı. Trend:

Çinin “DeepSeek” çatbotunun yaradıcıları təkmilləşdirilmiş V4
modelini təqdim etməyə hazırlaşırlar.

Trend-in “The
Information”a istinadən verdiyi məlumata görə, süni intellektin
yeni versiyası fevralın ortalarında satışa çıxarıla bilər.




Daxili testlərin nəticələrinə əsasən, yeni model “OpenAI”nin
“ChatGPT” və “Anthropic”in “Claude” çatbotları da daxil olmaqla,
aparıcı rəqiblərini üstələyə bilər.

Yeniləmənin əsas diqqət mərkəzi proqramlaşdırma olacaq və bu,
“DeepSeek”in sadə, eyni zamanda yüksəkperformanslı həll kimi
mövqeyini daha da gücləndirəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir