
Bakı. Trend:
Rusiya sülhdə maraqlı olduğunu göstərdiyini nümayiş
etdirməlidir.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, belə bir bəyanatla Avropa Komissiyasının
sədri Ursula fon der Lyayen çıxış edib.
“Artıq Rusiya sülhdə maraqlı olduğunu göstərməlidir”, – deyə fon
der Lyayen vurğulayıb.
AK sədri bildirib ki, Ukrayna münaqişəsinin nizamlanması üzrə
sülh planı Ukrayna lideri Volodimir Zelenskinin amerikalı həmkarı
Donald Trampla 2025-ci ilin sonunda müzakirə etdiyi 20 bəndlik
təkliflərdən ibarətdir.
Onun sözlərinə görə, planda həmin təkliflərlə yanaşı, Kiyev üçün
ABŞ və Avropa tərəfindən aydın şəkildə təsbit olunmuş sülh
zəmanətləri də yer alır.

