Danimarka Qrenlandiyanı qanunsuz işğal edib – Vaşinqton

Baş səhifə

Bakı. Trend:

Danimarka İkinci Dünya müharibəsindən sonra Birləşmiş Millətlər
Təşkilatının (BMT) normalarını nəzərə almadan Qrenlandiyanı
qanunsuz şəkildə işğal edib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın
Qrenlandiya üzrə xüsusi nümayəndəsi, Luiziana ştatının qubernatoru
Ceff Lendri sosial şəbəkə “X” sosiaş şəbəkə hesabında yazıb.




“Tarix önəmlidir. ABŞ İkinci Dünya müharibəsi zamanı
Danimarkanın bunu edə bilmədiyi vaxt Qrenlandiyanın suverenliyini
qoruyub. Müharibədən sonra isə Danimarka BMT protokollarını kənara
qoyaraq və onları görməzlikdən gələrək adanı yenidən işğal etdi.
Söhbət düşmənçilikdən yox, qonaqpərvərlikdən getməlidir”, – Lendri
bildirib.

Xatırladaq ki, 22 dekabr 2025-ci ildə Tramp Luiziana ştatının
qubernatoru və respublikaçı Ceff Lendrini Qrenlandiya üzrə xüsusi
nümayəndə təyin edib. Əvvəlcə Lendri ABŞ-nin adanı əldə etmək
istədiyini təsdiqləyib, daha sonra isə Trampın belə planlarının
olmadığını bildirib. Lakin ABŞ-ın Venesuelaya hücumundan sonra
Tramp Amerikanın milli təhlükəsizliyini təmin etmək üçün
Qrenlandiyaya ehtiyac duyduğunu bəyan edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir