Mərkəzi Bankın pul siyasəti və inflyasiyaya dair 2026-cı il üzrə hədəfləri açıqlanıb (MÜSAHİBƏ)

Baş səhifə

Bakı. Trend:

Uçot dәrәcәsi pul siyasətinin yardımçı əməliyyat hədəfi olan
təminatsız pul bazarında 1 günlük əməliyyatlar üzrə orta faiz
dərəcəsi – AZIR vasitәsilә digər faizlәrә tәsir göstәrmәyə
başlayıb.

Bunu Trend
müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) Pul siyasəti
departamentinin direktor müavini Elçin Güləliyev deyib.

O, müsahibəsində uçot dərəcəsinin AZİR vasitəsilə bazar
faizlərinə ötürülməsinin gücləndirilməsi, inflyasiyanın hədəf
diapazonunda saxlanılması, məzənnə sabitliyinin qorunması və bank
sistemində likvidliyin çevik idarə olunması üzrə Mərkəzi Bankın
2026-cı il prioritetlərindən danışıb.

Direktor müavini, əvvəlcə ötən ilin sonlarında uçot dərəcəsi ilə
pul siyasətinin yardımçı əməliyyat hədəfi olan təminatsız pul
bazarında 1 günlük əməliyyatlar üzrə orta faiz dərəcəsi – AZIR
arasında fərqin minimuma endiyini xatırladıb. Eyni zamanda
vurğulayıb ki, uçot dərəcəsinin maliyyə sektorunda faizlərə
təsirini gücləndirmək məqsədilə mövcud əməliyyat çərçivəsinin
2026-cı ildə də təkmilləşdirilməsi davam etdiriləcək: “2025-ci ildə
banklararası bazarda 1 günlük təminatsız əqdlər üzrə formalaşan
AZIR uçot dərəcəsinə yaxın idarə olunmuşdur. Bu, pul siyasətinin
əməliyyat çərçivəsinin təkmilləşdirilməsi, açıq bazar
əməliyyatlarının və xüsusilə 7 günlük depozit alətinin fəal
istifadəsi ilə bağlıdır. Faktiki rəqəmlər bu nəticəni təsdiq edir.
Belə ki, bu dövrdə uçot dərəcəsi ilə AZIR arasındakı standart
kənarlaşma həddi 0.28 faiz bəndi olmuşdur. Son 3 ayda isə bu
göstərici 7 dəfə azalaraq 0.04 faiz bəndi təşkil etmişdir. Digər
mühüm bir məqamı xüsusi qeyd etmək istərdim. Bu dövr ərzində uçot
dәrәcәsi AZIR vasitәsilә digər faizlәrә tәsir göstәrmәyə başlayıb.
Məlum olduğu kimi, 2025-ci ilin iyul ayında uçot dәrәcәsi 25 baza
punktu azaldıldı. Bu, qiymәtli kağızların gәlirliliyə təsir
göstərməklə yanaşı, yeni depozit vә kredit faizlәrinin azalmasına
gətirib çıxartdı.

Uçot dərəcəsinin maliyyə sektorundakı faizlərə təsirinin
gücləndirilməsi üzrə 2026-cı ildə də mövcud əməliyyat çərçivəsinin
təkmilləşdirilməsi davam etdiriləcək. Eyni zamanda bank sektorunun
likvidlik mövqeyi nəzərə alınmaqla AZIR-in uçot dərəcəsinə yaxın
idarə olunması üçün arsenaldakı bütün alətlərdən adekvat istifadə
ediləcək”.

Məlum olduğu kimi Mərkəzi Bank 2026-cı il üzrə inflyasiyanı 4±2%
hədəf diapazonunda saxlamağı planlaşdırır, lakin oktyabr 2025
proqnozlarında illik inflyasiya 5.7% göstərilir. Müsahib xarici
risklərin payının artdığı bir şəraitdə bu hədəfin qorunması üçün ön
planda olacaq pul siyasəti alətlərindən də bəhs edib.

“İnflyasiyanın hәdәf daxilindә idarә edilmәsi uzunmüddətli
dayanıqlı iqtisadi artımın mühüm şәrtlәrindәn biridir. Mәrkәzi Bank
2026-cı ildә dә pul siyasәtinә dair qәrarlar verәrkәn əsasən
inflyasiyaya tәsir göstәrә bilәcәk daxili vә xarici amillәri,
habelә risklәri hәrtәrәfli qiymәtlәndirәcәkdir. Hesab edirik ki,
baza ssenari üzrə inflyasiya proqnozunun reallaşma ehtimalı
yüksəkdir və inflyasiyanın hədəf daxilində qalacağı gözlənilir.
Ümumiyyətlə, Mәrkәzi Bank inflyasiya amillәrinin hәrtәrәfli tәhlili
әsasında özünün inflyasiya proqnozlarını hәr rüb yenilәyir. Bu
təcrübəyə əsaslanaraq AMB 2026-cı ildə də makroiqtisadi
proqnozların baza ssenari ilә yanaşı alternativ ssenarilәri üzrə
verəcəkdir. Bu da inflyasiya risklәrinin qiymətləndirməyə və
onların reallaşdığı tәqdirdә çevik siyasәt reaksiya verməyə imkan
verir. Mərkəzi Bank pul siyasətinin hədəfinə nail olmaq üçün
sərəncamındakı alətlərdən çevik istifadə edəcəkdir”, – deyə E.
Güləliyev qeyd edib.




AMB rəsmisi eyni zamanda qlobal ticarət qeyri-müəyyənlikləri və
idxal inflyasiyası riskləri fonunda Mərkəzi Bankın məzənnə
sabitliyini qorumaq üçün üstünlük verəcəyi mexanizmlərini, həmçinin
valyuta bazarına mümkün müdaxilələrin olub-olmayacağı ehtimalını
qiymətləndirib: “İlk olaraq qeyd edək ki, 2025-ci ildə valyuta
bazarında sabitlik hökm sürmüş, nağd vә nağdsız seqmentlәr üzrә
ümumilikdә tәklif tәlәbi üstәlәmişdir. Bu şәraitdә Mәrkәzi Bankın
valyuta ehtiyatları 4.3% artaraq 11.4 mlrd. ABŞ dollarına
yüksәlmişdir.

Proqnozlara görә 2026-cı ildә tәdiyә balansının cari
әmәliyyatlar hesabının profisitli olması valyuta bazarında
tarazlığı dәstәklәyәcәkdir. Baza ssenari üzrә proqnozlara görә
2026-cı ildә cari әmәliyyatlar hesabının profisiti 3 mlrd. ABŞ
dolları sәviyyәsindә olmaqla ÜDM-in 3.7%-i sәviyyәsindә
gözlәnilir.

Məlum olduğu kimi Mərkəzi Bank fiskal məqsədlər üçün Dövlət Neft
Fondunun valyuta vəsaitlərinin satılması üçün hərraclar keçirir.
Eyni zamanda valyuta bazarında tələb-təklif nisbətinin müvəqqəti
dəyişdiyi halda Mərkəzi Bank müdaxilə etmək hüququnu özündə
saxlayır. Mərkəzi Bank əvvəlki dövrlərdə olduğu kimi hər hansı
müdaxilə məqsədilə əməliyyat keçirərsə, bu barədə geniş
ictimaiyyəti məlumatlandıracaq”.

Açıq bazar əməliyyatları və digər alətlər vasitəsilə bank
sistemində likvidliyin çevik idarə olunması Mərkəzi Bankın pul
siyasətinin mühüm elementlərindən biri kimi qeyd edilir. E.
Güləliyev mövcud qlobal maliyyə şəraitində likvidlik mövqeyinin
qiymətləndirilməsi zamanı prioritet təşkil edən əsas göstəriciləri
və bu çərçivədə atılan addımların inflyasiya və maliyyə sabitliyinə
töhfəsini dəyərləndirib. O vurğulayıb ki, Mərkəzi Bank pul siyasəti
alətlərini pul bazarında gedən proseslər və bank sisteminin
likvidlik mövqeyi nəzərə alınmaqla tətbiq edir: “Məlum olduğu kimi,
bankların likvidlik mövqeyinə avtonom (AMB-dən asıl olmayan) və
qeyri-avtonom (AMB-dən asılı) amillər təsir göstərir. Avtonom
amillərə əsasən hökumət hesablarının dəyişimi aiddir.

Mərkəzi Bankın alət arsenalında likvidliyin sterilizasiyası və
likvidliyin verilməsi alətləri mövcuddur.

  • Sterilizasiya yönümlü alətlərə gecəlik daimi imkan depozit, AMB
    notları və 7 günlük açıq bazar depozit əməliyyatları aiddir.
  • Likvidliyin verilməsi yönümlü alətlərə isə gecəlik daimi imkan
    əks-repo və 7 günlük açıq bazar əks-repo əməliyyatları
    daxildir.
  • Bu alətlərdən istifadə etməklə banklararası bazarda
    qısamüddətli faizlərin, xüsusilə də AZİR-in Mərkəzi Bankın faiz
    dəhlizinin dəyişiminə adekvat reaksiya verməsini təmin
    etməkdir.

Hazırda bank sektorunda qısamüddətli izafi likvidlik mövcuddur.
Bu likvidliyin sterilizasiyası üçün açıq bazar əməliyyatı kimi
əsasən 7 günlük depozit əməliyyatından istifadə edilir.

Mərkəzi Bank pul siyasətinin transmissiyasında faiz kanalının
aktivləşməsini diqqətdə saxlayır. Növbəti dövrdə də bu sahədə
görülən işlərə xüsusi önəm veriləcək”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir