
Bakı. Trend:
Filippinin Sebu şəhərində yerləşən zibil poliqonunda nəhəng
tullantı qalağın uçması nəticəsində həlak olan insanların sayı 8
nəfərə çatıb, onlarla insan hələ də itkin düşmüş sayılır.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Sebu Şəhər Fövqəladə Hallar üzrə Şurasının sədri, müşavir Dave
Tumulak bildirib ki, xilasedicilər bazar ertəsi səhər saatlarında
itkin düşmüş 28 nəfərin axtarışını davam etdirir. Sahənin əlçatmaz
ərazilərinə daxil olmaq üçün krandan istifadə olunur.
Qeyd edək ki, Sebu şəhərində 20 mərtəbəli bina hündürlüyünd olan
zibil qalağı yanvarın 8-də uçmuşdu. İnsident nəticəsində 50-yə
yaxın sanitariya işçisi torpaq və tullantıların altında qalıb.

