
Bakı. Trend:
2025-ci ildə Azərbaycanda 51,5 milyard kubmetr təbii qaz hasil
edilib.
Trend
Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu, 2024-cü illə
müqayisədə 1,2 milyard kubmetr və ya 2,4% çoxdur.
Məlumata əsasən, hasilatın 14,1 milyard kubmetri
“Azəri-Çıraq-Günəşli”nin, 27,9 milyard kubmetri “Şahdəniz”in, 1,6
milyard kubmetri “Abşeron” yatağının, 7,9 milyard kubmetri isə
SOCAR-ın payına düşüb.
2024-cü illə müqayisədə ötən il “Azəri-Çıraq-Günəşli” üzrə
hasilat 0,8 milyard kubmetr (6%), “Şahdəniz” üzrə 0,1 milyard
kubmetr (0,4%), “Abşeron” yatağı üzrə 0,1 milyard kubmetr və ya
(6,7%) artıb. Hesabat ili ərzində SOCAR-ın qaz hasilatı payı isə
20240-cü illə müqayisədə 0,2 milyard kubmetr və ya (2,6%)
artıb.

