Ötən il Azərbaycandan qaz ixracının həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Azərbaycandan qaz ixracı 25,2 milyard kubmetr
təşkil edib.

Trend
Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu, əvvəlki illə
müqayisədə eyni səviyyədə qalıb.




Hesabat ilində ixrac edilmiş qazdan 12,8 milyard kubmetr
Avropaya, 9,6 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 5,6
milyard kubmetr), 2,3 milyard kubmetr Gürcüstana, 0,5 milyard
kubmetr isə Suriyaya nəql edilib.

2024-cü illə müqayisədə ötən il Azərbaycandan Avropaya qaz
ixracı 0,1 milyard kubmetr (-0,8%), Türkiyəyə 0,3 milyard kubmetr
(-3%) (TANAP-la ixrac eyni səviyyədə qalıb), Gürcüstana isə 0,1
milyard kubmetr və ya (-4,1%) azalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir