“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları üzrə indiyədək hasilatın həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara
veriləndən 1 yanvar 2026-cı il tarixinədək 670,3 milyon tona yaxın
neft (qaz kondensatı ilə birlikdə), 508,6 milyard kubmetr qaz hasil
edilib.

Bu barədə Trend Energetika Nazirliyinə istinadən xəbər
verir.

Məlumata əsasən, “Azəri-Çıraq-Günəşli”dən 617,8 milyon ton neft,
243,9 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 52,5 milyon tona yaxın
kondensat, 264,7 milyard kubmetr qaz çıxarılıb. Bu dövrdə 668,3
milyon ton neft, 191,2 milyard kubmetr qaz ixrac edilib.




Qeyd edək ki, 2025-ci il üzrə operativ məlumatlara əsasən,
respublikada 27,7 milyon ton neft (qaz kondensatı ilə birlikdə)
hasil edilib. Hasilatın 16,2 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin,
3,8 milyon tonu “Şahdəniz”in, 0,6 milyon tonu “Abşeron” yatağının,
7,1 milyon tonu isə SOCAR-ın payına düşüb.

Eyni zamanda 2025-ci ildə ölkədə 51,5 milyard kubmetr təbii qaz
hasil edilib. Hasilatın 14,1 milyard kubmetri
“Azəri-Çıraq-Günəşli”nin, 27,9 milyard kubmetri “Şahdəniz”in, 1,6
milyard kubmetri “Abşeron” yatağının, 7,9 milyard kubmetri isə
SOCAR-ın payına düşüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir