Kallas: Aİ İranın etirazçıları amansız yatırmasına görə sanksiya tətbiq edə bilər

Baş səhifə

Avropa İttifaqı (Aİ) hökumət əleyhinə etirazların amansız şəkildə yatırılması nəticəsində yüzlərlə insanın ölümü səbəbindən İrana qarşı yeni sanksiyalar tətbiq edə bilər.

APA xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya “Politico”ya müsahibəsində bildirib.

O qeyd edib ki, İrana artıq insan hüquqlarının pozulması, nüvə silahlarının yayılması və Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstək göstərməsi səbəbilə sanksiyalar tətbiq olunub.

“Mən rejimin etirazçıları amansız şəkildə yatırmasına cavab olaraq əlavə sanksiyalar təklif etməyə hazıram”, — Kallas vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir