
Bakı. Trend:
İranda internet məsələsi və səfirliklərin konsulluq
xidmətlərinin həll olunacağına ümid edirlir.
Trend-in
məlumatına görə, bunu İran XİN-in mətbuat katibi İsmayıl Bəqai bu
gün Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ölkədə internetin kəsilməsinə görə,
konsulluq xidmətlərinin təqdim olunması problemlərlə üzləşib.
Bəqai bildirib ki, internetin kəsilməsinin səbəbi ölkədə
təhlükəsizlik məsələləridir. Ölkənin əlaqədar təhlükəsizlik
orqanları şəraitə uyğun olaraq qərarlar veriblər.
“Ümid edilir ki, vəziyyətin yaxşılaşması ilə bu məsələ tezliklə
həll olunacaq. İnternetin kəsilməsinə görə, İran səfirliklərin
xidmətlərinin problemlə üzləşdiyini anlayır və İrandakı bütün
səfirliklər və diplomatik nümayəndəliklərlə təmasdadır. Problemin
həlli üçün həll yollarının tapılması istiqamətində işlər aparılır”,
– deyə o qeyd edib.
Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası
rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək
inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları
başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də,
say haqda məlumat verilməyib.
Əlavə edək ki, İranda etirazların kəskinləşməsi və ciddi hal
alması ilə əlaqədar artıq 3 gündən çoxdur ki, böyük ölçüdə internet
xidmətləri dayandırılıb.

