Norveç Ukraynaya 400 milyon dollar yardım ayıracaq

Baş səhifə

Norveç Ukraynaya bu qış mövsümündə əsas ehtiyaclarını dəstəkləmək üçün 400 milyon dollar vəsait ayıracaq.

APA xəbər verir ki, bu barədə bu gün Ukrayndada rəsmi səfərdə olan Norveçin xarici işlər naziri Espen Bart Eide “X” səhifəsində paylaşım edib.

Nazirin sözlərinə görə, vəsaitin yarısı qış mövsümündə təcili ehtiyaclara xərclənəcək: “Bu, qazın alınması və enerji infrastrukturunun təmirini əhatə edir. Qalan 200 milyon dollar isə Ukraynanın dövlət büdcəsinin dəstəklənməsinə yönəldiləcək”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir