
Bakı. Trend:
Hesablama Palatası 2026-cı ildə neft və qaz yataqlarından
gözlənilən gəlirlərlə bağlı proqnozlarını təqdim edib.
Trend bu barədə
Hesablama Palatasına istinadən məlumat verir.
2026-cı ildə Azərbaycan Respublikasının payına düşən
karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər 5 030,0
mln. ABŞ dolları və ya 8 551,0 mln. manat olması proqnozlaşdırılıb
ki, bu da 2024-cü il faktiki icra göstəricisindən 2 910,4 mln.
manat və ya 25,4%, 2025-ci il proqnoz göstəricisindən 1 246,3 mln.
manat və ya 12,7% azdır.
Dövlət Neft Fondunun 2026-cı il büdcə layihəsində Fonda mədaxil
olunması üçün satılması proqnozlaşdırılan mənfəət neftindən və
qazdan əldə olunacaq məbləğ müəyyən edilərkən aşağıdakı
yataqlardakı neft və qazın hasilatından Azərbaycan dövlətinin
payına düşən mənfəət neftinin və qazın miqdarı nəzərə alınıb:
| Yatağın adı |
2026-cı il üzrə daxilolma |
2026-cı il üzrə hasilat (dövlətin payı) |
|
|
Azəri-Çıraq-Günəşli |
4,236 milyard dollar |
68,3 milyon barrel |
|
|
Şahdəniz yatağı |
532,6 milyon dollar |
5,4 milyon barrel |
4,8 milyard kubmetr |
|
Suraxanı və Qaraçuxur yataqları |
$3,3 milyon dollar |
0,05 milyon barrel |
|
|
Zığ-Hövsan yatağı |
1,6 milyon dollar |
0,03 milyon barrel |
|
|
Kürsəngi və Qarabağlı yataqları |
0 |
0,12 milyon barrel |
|
|
Neftçala və Xıllı |
0,8 milyon dollar |
0,02 milyon barrel |
|
|
Mişovdağ və Kəlaməddin |
1,5 milyon dollar |
0,02 milyon barrel |
|
|
Kürovdağ |
4,7 milyon dollar |
0,09 milyon barrel |
|
|
Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı |
12,1 milyon dollar |
0,19 milyon barrel |
|
|
Binəqədi blokuna daxil olan yataqlar üzrə |
8,5 milyon dollar |
0,19 milyon barrel |
|
|
Qum-Dəniz və Bahar yataqları |
4,8 milyon dollar |
0,025 milyon barrel |
0,033 milyard kubmetr |
|
Abşeron JOCAP |
88,1 milyon dollar |
0,88 milyon barrel |
0,305 milyard kubmetr |
|
Razılaşma Protokoluna uyğun olaraq SOCAR tərəfindən ediləcək |
136,2 milyon dollar |
||
|
Cəmi |
5,03 milyard dollar |
75,31 milyon barrel |
5,14 milyard kubmetr |
Azərbaycanın Energetika Nazirliyinin məlumatları göstərir ki,
2025-ci ildə ölkədə qaz kondensatı da daxil olmaqla 27,7 milyon ton
neft hasil edilib. Bu həcmin 16,2 milyon tonu “Azəri-Çıraq-Günəşli”
(AÇG) yatağının, 3,8 milyon tonu “Şahdəniz” yatağının, 0,6 milyon
tonu “Abşeron” yatağının, 7,1 milyon tonu isə SOCAR-ın payına
düşüb. Hesabat dövründə qaz kondensatı da daxil olmaqla 23,1 milyon
ton neft ixrac edilib.
Bundan savayı, 2025-ci ildə Azərbaycanda 51,5 milyard kubmetr
təbii qaz hasil olunub. Bu həcmin 14,1 milyard kubmetri
“Azəri-Çıraq-Günəşli” yatağının, 27,9 milyard kubmetri “Şahdəniz”
yatağının, 1,6 milyard kubmetri “Abşeron” yatağının, 7,9 milyard
kubmetri isə SOCAR-ın payına düşüb.
Eyni dövrdə ölkə 25,2 milyard kubmetr qaz ixrac edib: 12,8
milyard kubmetri Avropaya, 9,6 milyard kubmetri Türkiyəyə (o
cümlədən 5,6 milyard kubmetri TANAP vasitəsilə), 2,3 milyard
kubmetri Gürcüstana və 0,5 milyard kubmetri Suriyaya
göndərilib.

