
Bakı. Trend:
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya
komitəsinin sədri Sadiq Qurbanov yanvarın 13-də Türkiyə
Respublikasının Rizə şəhərinə səfər edəcək.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, komitə sədri səfər çərçivəsində Beynəlxalq Ayder
Enerji Forumunda iştirak edəcək, Qara Dəniz-Avrasiya regionunda
enerji rəqabəti və enerji strategiyalarının gələcəyi mövzusuna həsr
olunmuş sessiyada çıxış edəcək.
Qeyd edilib ki, səfər yanvarın 17-də başa çatacaq.

