Gürcüstanın sabiq Baş naziri 5 il müddətinə həbs olunacaq

Baş səhifə

Bakı. Trend:

Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili 5 il azadlıqdan
məhrum ediləcək.

Trend Gürcüstan
KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş
Prokurorluğu məlumat yayıb.

Qaribaşvili özünün təqsirli bilinməsi haqda razılaşma sənədini
imzalayıb.




Bundan başqa o, milyon lari məbləğində cərimələnib və cinayət
fəaliyyəti nəticəsində əldə etdiyi, həmçinin evinin axtarışı zamanı
müsadirə olunmuş pulları dövlətə təhvil verməyə razılaşıb.

İrakli Qaribaşvili törətdiyi cinayəti etiraf edir və prosessual
razılaşmanın şərtləri ilə razıdır. Prokurorluğun prosessual
razılaşmanın təsdiqi barədə vəsatəti məhkəmə tərəfindən artıq təmin
edilmişdir.

Qeyd edək ki, Qaribaşvili dövlət postunda olarkən iri
məbləğlərdə çirkli pulların yuyulmasında ittiham olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir