Luvr muzeyi bağlandı – İşçiləri etiraz edir

Baş səhifə

Bakı. Trend:

Fransada Luvr muzeyinin əməkdaşları rəhbərliklə yaranmış fikir
ayrılıqları fonunda növbəti dəfə tətil elan ediblər. Bu səbəbdən
muzey bu gün ziyarətçiləri qəbul etməyəcək.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

“Əziz ziyarətçilər, tətil səbəbindən bu gün Luvr bağlıdır. Gün
ərzində muzey kassasında bilet bron etmiş şəxslərə biletin ödənişi
avtomatik qaytarılacaq, əlavə heç bir tədbir görməyə ehtiyac
yoxdur”, – deyə Luvrun rəsmi saytında yerləşdirilən elanda
bildirilir.




Məlumata görə, tətilin davam etdirilməsi barədə qərar muzeyin
aparıcı həmkarlar ittifaqları tərəfindən 12 yanvar səhər keçirilən
iclasda qəbul edilib. Onlar Mədəniyyət Nazirliyi və Luvr rəhbərliyi
ilə mövcud problemlərin müzakirəsində əldə olunan irəliləyişi
yetərsiz hesab ediblər.

Bu, əmək şəraitinin və muzeyin idarəetmə üsullarının
yaxşılaşdırılmasını tələb edən, hazırkı administrasiyanın siyasəti
ilə razılaşmadığını ifadə edən muzey əməkdaşlarının ardıcıl
səkkizinci tətilidir. Beləliklə, Parisda çərşənbə axşamları Luvrun
fəaliyyət göstərmədiyi nəzərə alınsa, muzey ən azı 14 yanvar
tarixinədək ziyarətçilər üçün bağlı qalacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir