Zelenskinin məndən başqa “kozır”ı qalmayıb

Baş səhifə

Bakı. Trend:

Zelenskinin məndən başqa “kozır”ı qalmayıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “The New
York Times” qəzetinə verdiyi müsahibədə deyib.

“Onun heç bir “kozır”ı yoxdur. Onun heç (müharibənin) birinci
günündən əlində “kozır”ı olmayıb. İndi onun yalnız bir şeyi var –
Donald Tramp”, – deyə o bildirib.




Donald Tramp əlavə edib ki, “əgər onun Donald Trampı olmasa, bu,
tam fəlakət olacaq və bunu o da, Avropa liderləri də yaxşı
bilir.

Sülh danışıqlarının vaxtı ilə bağlı suala cavab olaraq Tramp
vurğulayıb ki, bu istiqamətdə konkret təqvim mövcud deyil.

“Biz mümkün olan hər şeyi edirik. Mənim müəyyən edilmiş vaxt
cədvəlim yoxdur. Əgər biz hər şeyi ediriksə, sadəcə müharibənin
bitdiyini görmək istəyirik. Bu, bizim mövqeyimizdir. Düşünürəm ki,
əgər mən prosesə cəlb olunmasaydım, bu, Üçüncü Dünya Müharibəsinə
çevrilə bilərdi. Hər şey çox pis gedirdi, çox pis. Bu, bir daha baş
verməyəcək,” – deyə o bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir