Paytaxtın bu prospektində mübahisəyə səbəb olan yol xətləmə işləri ilə bağlı AÇIQLAMA (FOTO)

Baş səhifə

Bakı.Trend:

Bir neçə gün öncə paytaxtın Nərimanov rayonunun Xətai
prospektində aparılan xətləmə işləri sürücülər arasında çaşqınlığa
səbəb olub. Belə ki, sosial şəbəkələrdə edilən paylaşımlarda
parklanma yerləri yolun ortasında salınıb deyə fikirlər
səsləndirilir.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən
Trend
bildirilib ki, prospektdə mikromobillik zolağı və avtomobillər üçün
parklanma yerləri yanaşı təşkil edilib. Beynəlxalq təcrübədə geniş
istifadə olunan bu cür yanaşma mövcud standartlara və
qanunvericiliyə də uyğundur.

“Burada əsas iki məqsədə nail olunur – mikromobillik
istifadəçilərinin təhlükəsizliyi və biznes subyektlərinin
maraqlarının qorunması. Oxşar sxemlər paytaxtın Mətbuat prospekti,
Nəcəfqulu Rəfiyev, Afiyəddin Cəlilov, Xaqani və Şıxəli Qurbanov
küçələrində uğurla tətbiq olunub”,-deyə qurumdan əlavə olunub.

Sözügedən xətlənmə nişanlarının xarici ölkələrdə olan bir neçə
nümunəni təqdim edirik.




Azərbaycanda:

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir