
Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) baza ssenari üzrə inflyasiya
proqnozunun reallaşma ehtimalının yüksək olduğunu və inflyasiyanın
hədəf daxilində qalacağının gözləyir.
Bunu Trend-ə
müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) Pul
siyasəti departamentinin direktor müavini Elçin Güləliyev
deyib.
Direktor müavini bildirib ki, məlum olduğu kimi, Mərkəzi Bank
2026-cı il üzrə inflyasiyanı 4±2% hədəf diapazonunda saxlamağı
planlaşdırır, lakin oktyabr 2025 proqnozlarında illik inflyasiya
5.7% göstərilir. Müsahib xarici risklərin payının artdığı bir
şəraitdə bu hədəfin qorunması üçün ön planda olacaq pul siyasəti
alətlərindən danışarkən əvvəlcə vurğulayıb ki, inflyasiyanın hәdәf
daxilindә idarә edilmәsi uzunmüddətli dayanıqlı iqtisadi artımın
mühüm şәrtlәrindәn biridir:
“Mәrkәzi Bank 2026-cı ildә dә pul siyasәtinә dair qәrarlar
verәrkәn əsasən inflyasiyaya tәsir göstәrә bilәcәk daxili vә xarici
amillәri, habelә risklәri hәrtәrәfli qiymәtlәndirәcәk. Hesab edirik
ki, baza ssenari üzrə inflyasiya proqnozunun reallaşma ehtimalı
yüksəkdir və inflyasiyanın hədəf daxilində qalacağı
gözlənilir”.
“Ümumiyyətlə, Mәrkәzi Bank inflyasiya amillәrinin hәrtәrәfli
tәhlili әsasında özünün inflyasiya proqnozlarını hәr rüb yenilәyir.
Bu təcrübəyə əsaslanaraq AMB 2026-cı ildə də makroiqtisadi
proqnozların baza ssenari ilә yanaşı alternativ ssenarilәri üzrə
verəcəkdir. Bu da inflyasiya risklәrinin qiymətləndirməyə və
onların reallaşdığı tәqdirdә çevik siyasәt reaksiya verməyə imkan
verir. Mərkəzi Bank pul siyasətinin hədəfinə nail olmaq üçün
sərəncamındakı alətlərdən çevik istifadə edəcəkdir”, – deyə E.
Güləliyev qeyd edib

