Balaxanı neftçiləri “Dirçəliş Kuboku”nda ilk oyunda 10:0 qalib gəldi

Baş səhifə

Bakı. Trend:

Qarabağ Dirçəliş Fondunun “Dirçəliş Kuboku” xeyriyyə minifutbol
turnirinin “A” qrupu üzrə çıxış edən “Balakhani Operating Company
LTD”nin futbol komandası həftəsonu qrupdakı rəqibləri “Azerbaijan
Coca-Cola Bottlers” komandası ilə qarşılaşıb.

Trend xəbər
verir ki, Balaxanı neftçiləri üstün oyun nümayiş etdirərək
rəqiblərinin qapısına 10 qol keçiriblər. Onlardan 4-nü komanda üzvü
Rauf Əliyev vurub. Beləliklə, “Balakhani Operating Company LTD”-nin
futbol komandası “A” qrupunda mövqeyini gücləndirib.

Dekabr ayında keçirilən püşkatma mərasimində turnirə qatılan 40
komanda hər birində 10 heyət olmaqla 4 qrupa bölünüb. “A” qrupunda
çıxış edən digər şirkətlər arasında “Azercell”, “Pasha Real
Estate”, “McDonalds Azərbaycan” da var. Balaxanı neftçilərinin
növbəti oyunu Azercell komandası ilə gözlənilir.




Xatırladaq ki, bu Azərbaycan Futbol Federasiyaları
Assosiasiyasının (AFFA) dəstəyi ilə Qarabağ Dirçəliş Fondu
tərəfindən keçirilən “Dirçəliş Kuboku”nun ikinci mövsümüdür.
Xeyriyyə turnirinin bu dəfəki mövsümündə iştirak edən komandalar
tərəfindən Fonda ümumilikdə 115.000 manat vəsait ianə edilib. Əldə
olunan vəsait işğaldan azad edilmiş ərazilərdə idman
infrastrukturunun yaradılmasına yönləndiriləcək.

“Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin ikinci mövsümünün
rəsmi açılış mərasimində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin
sədri Rəhman Hacıyev tərəfindən təmsil olunan şirkətlərə
“Təşəkkürnamə”lər təqdim edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir