Rusiya Ukrayanada “Oreşnik” silahı ilə hansı obyektləri vurduğunu açıqlayıb

Baş səhifə

Rusiya Silahlı Qüvvələri yanvarın 9-da “Oreşnik” ortamənzilli raketləri ilə endirdiyi zərbə nəticəsində Ukraynanın Lvov Dövlət Aviasiya Təmiri Zavodunu sıradan çıxarıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Oreşnik” silahı ilə Rusiya qüvvələri Ukraynadakı istehsal müəssisələrini, PUA anbarlarını və zavodun aerodromunun infrastrukturunu vurub: “Lvov Aviasiya Təmiri Zavodu Qərb ölkələri tərəfindən Ukrayna Silahlı Qüvvələrinə tədarük edilən F-16 və MiQ-29 təyyarələrinə xidmət göstərirdi”.

Həmçinin qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri “İskəndər” və “Kalibr” raketlərindən istifadə edərək hava hücumu ilə Kiyevdəki iki istehsal müəssisəsini vurub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir