Ermənistan Solovyova görə Rusiyaya nota verdi

Baş səhifə

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb və ona teleaparıcı Vladimir Solovyovun açıqlamalarından dərin qəzəb ifadə edən etiraz notası təqdim edilib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyanın bildirib.

O, qeyd edib ki, “Rusiyanın Ermənistandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və dövlət televiziya kanalında verilən açıqlamalardan dərin qəzəb ifadə edən etiraz notası təqdim edilib. Vurğulanıb ki, bunlar Ermənistan Respublikasının suverenliyinə qəbuledilməz qəsd, düşmənçilik aktı və Ermənistanla Rusiya arasında dostluq münasibətlərinin fundamental prinsiplərinin kobud şəkildə pozulmasıdır”.

Rusiyalı teleaparıcı və jurnalist Vladimir Solovyov daha əvvəl bildirib ki, “Ermənistanın itirilməsi Rusiyanın maraqlarına uyğun deyil və Rusiya beynəlxalq hüquqa məhəl qoymadan təkcə Ukraynada deyil, həm də Rusiyanın təsir zonasındakı digər ərazilərdə xüsusi hərbi əməliyyat keçirməlidir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir