
Bakı. Trend:
Rusiyanın Ukraynaya “Oreşnik” raket komplekslərindən zərbələr
endirməsi Kiyevə hərbi dəstəkdən imtina etməsi üçün NATO-ya
göndərilmiş siqnaldır.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu NATO baş katibi Mark Rütte bəyan
edib. Onun çıxışı canlı olaraq Atlantik alyansın rəsmi saytında
yayımlanıb.
Onun sözlərinə görə, Rusiya alyansı Ukraynaya dəstəkdən
çəkindirməyə çalışır.
“Biz bundan imtina etməyəcəyik”,- deyə Rütte vurğulayıb.
Xatırladaq ki, yanvarın 9-da Rusiya Müdafiə Nazirliyi Ukraynanın
strateji əhəmiyyətli obyektlərinə geniş miqyaslı zərbələr, o
cümlədən “Oreşnik” komplekslərindən zərbələr endirdiyini
təsdiqləyib. Nazirlik bildirib ki, bu hücum Ukraynanın dekabrın
29-da (2025-ci ildə) Rusiya Prezidenti Vladimir Putinin
Novqoroddakı iqamətgahına hücum cəhdinə cavab olub.

