Aİ: Putinlə danışıqlar üçün münasib şərait yoxdur

Baş səhifə

Avropa İttifaqı (Aİ) Rusiya Prezidenti Vladimir Putinlə dialoq üçün şəraiti uyğun hesab etmir.

APA “Kyiv Post”a istinadən xəbər verir ki, bunu Aİ mətbuat katibi Paula Pinho deyib.

Onun sözlərinə görə, müəyyən bir məqamda Aİ və Rusiya arasında dialoq zəruri olacaq.

“Bir nöqtəyə çatacağıq ki, prezident Putinlə danışıqlar aparmağa məcbur qalacağıq. Hal-hazırda, çoxlu iş görülür. Təəssüf ki, prezident Putindən hər hansı bir müsbət işarə görmürük”,- Pinho qeyd edib.

Qeyd edək ki, bir neçə gün əvvəl iraliyanın Baş naziri Giorgia Meloni də Aİ və Rusiya arasında dialoqun başlamasına çağırış edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir