Maya Sandu: Referendum olsaydı, Moldovanın Rumıniya ilə birləşməsini dəstəkləyərdim

Baş səhifə

Moldova Prezidenti Maya Sandu bildirib ki, ölkədə bu məsələ üzrə referendum keçirilsəydi, Moldovanın Rumıniya ilə birləşməsinin lehinə səs verərdi.

APA xəbər verir ki, Sandu bunu britaniyalı jurnalistlər Rori Stüart və Alaster Kempbellə müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda Moldovada Rumıniya ilə birləşməni dəstəkləyən çoxluq yoxdur.

Eyni zamanda Sandu qeyd edib ki, vətəndaşların əksəriyyəti Avropa İttifaqına üzvlüyü dəstəkləyir və bu səbəbdən o, “Avropa yolu”nu daha real hesab edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir