Dövlət qulluğuna imtahanda iştirak etmək istəyən namizədlərin NƏZƏRİNƏ

Baş səhifə

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi tərəfindən 15 yanvar 2026-cı il tarixində
dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr)
aid AB və AC altqruplarına və dövlət qulluğu vəzifələrinin B növünə
(inzibati icraçı vəzifələr) aid BA və BB altqruplarına uyğun
vəzifələr üzrə test imtahanları keçiriləcək.

Trend xəbər
verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahanlar saat 10:00-da və 16:00-da başlanır.
Müvafiq olaraq saat 09:45-dən və 15:45-dən sonra gələn namizədlər
imtahana buraxılmırlar. Namizədlərin imtahana buraxılış
vərəqələrində imtahan yeri, vaxtı, binası, imtahana gəlməli olan
saat və digər zəruri məlumatlar göstərilib.

İmtahanlara qeydiyyat 2025-ci il dekabrın 19-dan 2026-cı il
yanvarın 4-dək aparılıb və bu müddət ərzində 1489 namizəd ərizə
təqdim edib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər
DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.




Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– şəxsiyyəti təsdiq edən sənədin əsli;

– “İmtahana buraxılış vərəqəsi”.

İmtahanlar elektron formada kompüterlər vasitəsilə Bakı və
Naxçıvan şəhərlərində 2 binada təşkil olunacaq. İmtahanların
keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 16 zal admini, 97
nəzarətçi və 14 buraxılış rejimi əməkdaşı ayrılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir