Yeniyetmələrlə bloggerlərə pərəstiş haqqında hansı söhbətləri aparmalıdır? – Psixoloq açıqladı

Baş səhifə

Bakı. Trend:

Mövcud texnoloji imkanların olduğu müasir dünyada sosial şəbəkə
fenomenlərin və fanatların olması artıq adi haldır. Bu fenomenlər,
bloggerlər bir şəkildə hansısa bir yeniyetmənin yaşanmamış və ya
yaşanılmış hekayəsini təmsil edən obrazlardır”.

Trend xəbər
verir ki, bu fikirləri “Sağlam Radio”nun (93 FM) “Sağlam səhər”
efirində klinik uşaq psixoloqu Elnarə Baxışlı açıqlayıb.

Onun sözlərinə görə məhz buna görə daha cəlbedici
görünürlər:




“Elə mövzu və arzular var ki, yeniyetmə nə dostuna (varsa), nə
də valideynə deyə bilmir. Bu arzuları və mövzuları sosial şəbəkədə
yad insanlarla və fərqli adlarla danışmaq daha rahatdır. Çünki
kəskin emosional reaksiyalar almayacağına əmindirlər. Valideynlər
səbrlə, emosiyalarını idarə edərək uşaqlarının pərəstiş və maraq
etdiyi bloggerlər haqqında söhbətlərini dinləməlidirlər. Ani mənfi
fikir bildirməklə öz hökmlərini yeritməyə çalışmamalıdırlar.
Psixoloqlara müraciət edərək məsləhətlər almalıdırlar”.

E.Baxışlı qeyd edib ki, sosial şəbəkədə olan hər şey zərərli,
psixologiyaya pis təsir edəcək halda deyil:

“Burda həmçinin çox faydalı sosial təcrübə əldə etmək, akademik
məlumatlar öyrənmək olar. Uşağınız birdən birə bunu öyrənməyəcək.
Bunu siz valideynlər öz daxili instiklərinizə və bir yetişkin kimi
təcrübənizə əsasən edəcəksiniz. Ən vacib məsələ valideyn uşaq
arasında olan ünsiyyətin düzgün qurulmasıdır. Uşaq mütləq valideyni
ilə birgə onu maraqlandıran hər məsələni müzakirə etməlidir. Uşaq
bilmədir ki hansı hallarda ehtiyatlı olmalıdır: Qarşı tərəf bu
bizim sirrimi olsun deyirsə, qarşı tərəf və ya tərəflər uşağı
hədələyir, qarşı tərəfdən uşağın ailəsinin maddi rifahı soruşulur,
uşağa təmmənasız pul təklifi edilirsə, uşağa nəyinsə əvəzinə pul
təklif edilirsə, uşaqdan digər dostu və ailə üzvü haqda məlumatlar
soruşulursa, uşağa insanlara və əya əşyalara zərər vurmağı təklif
edirlərsə, uşağa görüş təklif edilirsə, onlayn və ya canlı, uşağı
aşırı tərifləyir, uşaqdan evinin adressi soruşulurs, uşağa pul
müqabilində əmək fəaliyyəti təklif edilirsə, uşaqla onun seksual
inkişafı və özəllikləri mövzusunda danışırlarsa, şəklini göndərməyi
istəyirlərsə, özünün və digər ailə üzvlərinin tibbi məlumatları
istəyirsə. Qeyd olunanlar varsa uşaq mütləq ailəsinə bu haqda
məlumat verməlidir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir