
Ağdamda əkin sahəsində kişi meyiti tapılıb.
APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, hadisə rayonun Xındırıstan kəndi ərazisində qeydə alınıb. Meyiti tapılan şəxsin Baharlı qəsəbə sakini 1986-cı il təvəllüdlü Taleh Məmmədov olduğu bildirilir.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

