
Bakı. Trend:
Ermənistanda parlament seçkilərində indiki hakimiyyət qalib
gəlsə, bu bizə imkan verəcək ki, sülh prosesində vətəndaş
cəmiyyətinin iştirakını institutlaşdıraq.
Trend xəbər
verir ki, bunu bu gün Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin
direktoru Fərhad Məmmədov “Vətəndaş cəmiyyətinin sülh prosesində
rolu” mövzusunda ictimai müzakirədə deyib.
“Bugünkü nailiyyətimiz odur ki, iki tərəf arasında ünsiyyət
vətəndaş cəmiyyətləri səviyyəsində formalaşıb”, – deyə o
vurğulayıb.
F.Məmmədov həmçinin qeyd edib ki, Bakı-İrəvan sülh müqaviləsinin
imzalanmasında əsas əngəl Ermənistan Konstitusiyasında hələ də
Azərbaycana qarşı ərazi iddialarının yer almasıdır.

