İtaliya Cənub Qaz Dəhlizinin mümkün genişləndirilməsini maraqla nəzərdən keçirir (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

İtaliya hökuməti Cənub Qaz Dəhlizinin mümkün genişləndirilməsini
maraqla nəzərdən keçirir.

Bunu Trend-ə özəl müsahibəsində İtaliya- Azərbaycan
Hökumətlərarası Komissiyasının Bakıdakı altıncı iclası münasibətilə
İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirinin müavini
Edmondo Çirielli bildirib.

Çirielli həmçinin qeyd edib ki, Cənub Qaz Dəhlizi həm İtaliya,
həm də Avropa İttifaqı üçün strateji əhəmiyyətli
infrastrukturdur.




“Xüsusilə Rusiyanın Ukraynaya qarşı təcavüzündən sonra
Azərbaycan qazının tədarükü Avropanın enerji təhlükəsizliyi və
Rusiya qazından imtina prosesinin dəstəklənməsi baxımından kritik
əhəmiyyət kəsb edib. 2020-ci ildə istismara verildiyi vaxtdan
Transadriatik Qaz Kəməri (TAP) artıq İtaliyaya 40 milyard
kubmetrdən çox Azərbaycan qazı nəql edib ki, bu da Bakını ölkəmizin
ikinci ən böyük qaz tədarükçüsünə çevirib”, – deyə o
vurğulayıb.

Onun sözlərinə görə, indiyədək əldə olunmuş müsbət nəticələri
nəzərə alaraq, İtaliya hökuməti bazar qiymətləndirmələri əsasında
və beynəlxalq maliyyə institutlarının fəal iştirakı ilə Cənub Qaz
Dəhlizinin mümkün genişləndirilməsini maraqla nəzərdən keçirir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin əsas elementi olan
Transadriatik Qaz Boru Kəməri (TAP) Xəzər dənizindəki “Şahdəniz”
yatağından çıxarılan təbii qazı birbaşa Avropa bazarlarına nəql
edir.Son beş il ərzində bu boru kəməri vasitəsilə Avropaya 54
milyard kubmetrdən artıq qaz tədarük olunub.1 yanvar 2026-cı il
tarixindən etibarən TAP qazın nəqlinə dair yeni Nəqliyyat Sazişi
(GTA) çərçivəsində əlavə uzunmüddətli ötürmə gücü təqdim edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir