
Bakı.Trend:
Azərbaycanla Ermənistan arasında ABŞ-də imzalanan birgə
Bəyannamə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və regional
əməkdaşlığın yeni mərhələsinə xidmət edən mühüm siyasi
nailiyyətdir.
Trend xəbər
verir ki, bunu bu gün Baş Prokuror Kamran Əliyev prokurorluq
orqanlarında qulluğa yeni qəbul edilən gənc hüquqşünasların andiçmə
mərasimi zamanı deyib.
O bildirib ki, avqustun 8-də ABŞ-də Azərbaycan Prezidenti,
Ermənistan Baş naziri və ABŞ Prezidentinin iştirakı ilə keçirilən
görüş regionda uzunmüddətli sabitliyin və təhlükəsizliyin təmin
olunması baxımından həlledici mərhələ olub:
“Bu görüş Azərbaycanın sülh gündəliyinə sadiqliyini və
beynəlxalq müstəvidə prinsipial mövqeyini bir daha nümayiş etdirdi.
Görüşün nəticəsi olaraq imzalanan Birgə Bəyannamə və Azərbaycanla
Ermənistan arasında “Sülh və dövlətlərarası münasibətlərin təsis
edilməsi haqqında Saziş”in mətninin paraflanması ölkəmizin
suverenliyinə, ərazi bütövlüyünə və regional əməkdaşlığın yeni
mərhələsinə xidmət edən mühüm siyasi nailiyyətdir”.

