İranda etirazlar fonunda internetə çıxış məhdudlaşdırılıb

Baş səhifə

Bakı. Trend:

Son günlərdə İranda internet məhdudiyyətinin tətbiq olunması
hökumətin tərcih etmədiyi qərardır.

Trend-in
məlumatına görə, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani bu
gün (13 yanvar) Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İranın hazırkı hökuməti vətəndaşların
internetlə təmin olunmasına prinsip olaraq yanaşır.

Mohacerani bildirib ki, lakin ölkənin təhlükəsizlik orqanları
ölkədə baş verən təhlükəsizlik məsələlərinə görə, internetə çıxışa
məhdudiyyətin tətbiq olunmasına qərar verib.




Hökumət rəsmisi qeyd edib ki, İran hökuməti internetə çıxışı
vətəndaşların haqqı hesab edir və tezliklə ölkədə internetə çıxışın
bərpa olunacağına ümid bəsləyir.

Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası
rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək
inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları
başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də,
say haqda məlumat verilməyib.

Əlavə edək ki, İranda etirazlar fonunda 8 yanvardan internet
çıxışına məhdudiyyət tətbiq edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir