Vətən müharibəsinin 24 iştirakçısı prokurorluq orqanlarında qulluğa qəbul edilib

Baş səhifə

Bakı.Trend:

Vətən müharibəsinin başa çatmasından sonra keçirilmiş 6
müsabiqənin nəticələri üzrə müvəffəqiyyət qazanan 24 nəfər Vətən
müharibəsi iştirakçısı prokurorluq orqanlarında qulluğa qəbul
edilib.

Trend xəbər
verir ki, bunu bu gün Baş Prokuror Kamran Əliyev prokurorluq
orqanlarında qulluğa yeni qəbul edilən gənc hüquqşünasların andiçmə
mərasimi zamanı deyib.




O bildirib ki, bu gün burada qulluğa qəbul olan gənclərdən 1-i
Vətən müharibəsinin, 1-i isə Azərbaycanın suverenliyinin bərpası
uğrunda 19-20 sentyabr 2023-cü il tarixdə Qarabağ iqtisadi
regionunda qanunsuz erməni silahlı birləşmələrinə qarşı keçirilmiş
antiterror əməliyyatlarının iştirakçısı olmaqla, artıq prokurorluq
orqanlarında xidmətlərini davam etdirəcəklər:

“Qeyd etmək lazımdır ki, 2020-ci ildə Vətən müharibəsinin başa
çatmasından sonra keçirilmiş 6 müsabiqənin nəticələri üzrə
müvəffəqiyyət qazanan 24 nəfər Vətən müharibəsi iştirakçısı
prokurorluq orqanlarında qulluğa qəbul edilib. Onlardan 2 nəfəri
2020-ci ildə, 10 nəfəri 2021-ci ildə, 6 nəfəri 2022-ci ildə, 3
nəfəri 2023-cü ildə, 2 nəfəri 2024-cü ildə, 1 nəfəri isə 2025-ci
ildə elan edilmiş müsabiqə üzrə uğur qazanıb”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir