
Bakı. Trend:
Unibank Kommersiya Bankı 2025-ci ilin maliyyə nəticələrini
açıqlayıb. Bank hesabat dövründə ölkənin real iqtisadiyyatına
töhfənin artırılması, nağdsız dövriyyənin yüksəldilməsi,
rəqəmsallaşma və müştəri bazasının genişlənməsi sahələrində mühüm
nəticələr əldə edib.
Hesabat dövründə nağdsız əməliyyatların həcmində və sayında
yüksək artım qeydə alınıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə
nağdsız əməliyyatların həcmi 22%, sayı isə 29 % artıb. İlin sonuna
nağdsız əməliyyatların həcmi 15 milyard manatı, sayı isə 465
milyonu ötüb.
Bankın müştəri bazası ötən ilin eyni dövrü ilə müqayisədə 14 %
artdığı üçün ümumi müştəri sayı 2,3 milyon nəfəri keçib. 2024-cü
ilin sonu ilə müqayisədə sahibkar müştərilərin sayı 38 %, hüquqi
şəxslərin sayı isə 14 %-dək artıb.
Dövr ərzində depozit portfeli də sabit artım nümayiş etdirib və
ümumi depozit portfelinin həcmi 1 milyard 377 milyon manatı
ötüb.
Hesabat dövrünə bankın məcmu gəlirlərinin cəmi 398 milyon manata
çatıb. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 43 milyon manat
artım deməkdir. Bu dövrə əməliyyat mənfəəti 70 milyon manat olub,
xalis mənfəət isə 25,8 milyon manat təşkil edib.
Bankın kapital və aktiv bazasında yüksək artım qeydə alınıb.
Məcmu kapital 30 % artaraq, 230 milyon manata çatıb, aktivlərin
həcmi isə 373 milyon manat artaraq 2,1 milyard manatı ötüb.
İl ərzində bank kapital adekvatlılığı əmsalını xeyli yüksəldib.
Bu göstərici 31 dekabr 2025-ci il tarixə 14,14 % təşkil edib.
Unibank KB ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini
müvəqqəti icra edən Heybət Qədirov bildirib ki, 2025-ci il bank
üçün əhəmiyyətli və strateji baxımdan xüsusi bir il olub:
Bottom of Form
“Əldə etdiyimiz maliyyə nəticələri doğru istiqamətdə
irəlilədiyimizi aydın şəkildə göstərir. Ötən il bizim üçün yalnız
uğurlu göstəricilərlə deyil, eyni zamanda bir strateji dövrün yekun
hesabat ili kimi yadda qaldı.
2026-cı il isə bankımız üçün yeni və daha iddialı
bir mərhələnin başlanğıcı olacaq. Bu il, qəbul etdiyimiz yeni 3
illik strategiyanın ilk ilidir və qarşımıza daha böyük hədəflər
qoymuşuq. Bu dövrdə bank bazarında yeniliklərə imza atmaq,
müştərilərimiz üçün daha çevik, daha müasir məhsul və xidmətlər
təqdim etmək, həmçinin bankçılığa yanaşmamızı müasir tələblərə
uyğun şəkildə yeniləmək əsas prioritetlərimiz
olacaq.
Biz inanırıq ki, güclü və stabil maliyyə bazası,
aydın strategiya və müştəriyönümlü yanaşma 2026-cı ili bankımız
üçün yeni inkişaf imkanları ilə zəngin bir il
edəcək.”
Hesabat dövründə Bankın strateji hədəflərinə uyğun olaraq biznes
kreditlərinin həcmi əhəmiyyətli dərəcədə artaraq, ümumi kredit
portfelində payını yüksəltməkdə davam edib. Belə ki, ötən ilin
müvafiq dövrü ilə müqayisədə biznes kreditlərinin həcmi 27%-dən çox
artaraq, 555 milyon manata yaxınlaşıb. Biznes portfelin tərkibində
kiçik biznesə verilmiş kreditlərin də payında ciddi artım olub.
2024-cü ilin sonu ilə müqayisədə bu kreditlərin portfeldəki payında
53 %-lik artım qeydə alınıb. Bankın ümumi kredit portfelində
əvvəlki ilin uyğun dövrü ilə müqayisədə qeydə alınan artım isə 150
milyon manat təşkil edib və kredit portfeli 1,3 milyard manatı
ötüb.
Unibank – Sənin Bankın!

