
Əgər referendum keçirilərsə, mən Moldovanın Rumıniya ilə birləşməsinə səs verəcəyəm.
APA xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu Britaniyanın “Leading” podkastına müsahibədə deyib.
“Əgər referendum olarsa, mən Rumıniya ilə birləşməyə səs verəcəyəm. Bu gün Moldova və dünyada baş verənləri nəzərə alın. Kiçik ölkə üçün, elə Moldova kimi bir dövlət üçün demokratiya və suveren dövlət kimi mövcud olmaq, həmçinin, Rusiyaya qarşı durmaq getdikcə çətinləşir”, – Sandu bildirib.
Bununla belə, Moldova Prezidenti qeyd edib ki, hazırda cəmiyyətdə belə bir addım üçün əksəriyyətin dəstəyi mövcud deyil və hakimiyyət əsasən Avropa İttifaqına inteqrasiyaya fokuslanıb.

