Xəzər Boru Kəməri Konsorsiumu terminalında neft tankerlərinə dron hücumu oldu

Baş səhifə

Bakı. Trend:

Yanvarın 13-də Yunanıstana aid iki neft tankeri Qazaxıstanın
neft ixracının təxminən 80%-ni həyata keçirən Xəzər Boru Kəməri
Konsorsiumunun terminalı yaxınlığında pilotsuz uçuş aparatlarının
(PUA) hücumuna məruz qalıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, tankerlərdən biri – “Delta Harmony”, Yunanıstanın
“Delta Tankers” şirkəti tərəfindən idarə olunur və o,
“Tengizchevroil”dan neft yükləməli idi.




Digər tanker – Matilda – Yunanıstanın “Thenamaris” şirkəti
tərəfindən idarə olunur və mənbələrin bildirdiyinə, görə
“Karçaqanaq” yatağından neft partiyası qəbul etməli idi.

İnsidentin təfərrüatları barədə məlumat verilmir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir